AZ

Buffonun oğlu Çexiya millisində het-trik etdi

İtaliya millisinin sabiq futbolçusu Canluici Buffonun oğlu Luçi Tomas Buffon Çexiya U-19 millisində növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, ötən gün keçirilən qarşılaşmada o, Azərbaycan U-19 millisinin qapısına üç qol vuraraq het-trik etdi və komandası 6:1 hesabı ilə qalib gəldi.

Klub səviyyəsində 18 yaşlı futbolçu İtaliya Seriya A-sında “Piza”nın heyətində çıxış edir. Oktyabrın əvvəlində o, “Bolonya”ya qarşı debütünü edib. Hazırda “Piza” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr