AZ

“Real”dan “Mançester Siti”yə

“Real”ın hücumçusu Rodriqo yanvar transfer pəncərəsində klub dəyişə bilər.

90deqiqe.Az “TEAMtalk”a istinadən xəbər verir ki, braziliyalı futbolçu üçün əsas namizəd İngiltərənin “Mançester Siti” klubudur. "Şəhərlilər" artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Transferin dəyəri 70 milyon funt (80 milyon avro) civarında qiymətləndirilir.

“Çelsi” də Rodriqonun xidmətində maraqlıdır, lakin London klubunda Estevaonun inkişafına mənfi təsir riskinə görə tərəddüd edirlər. “Tottenhem” isə maaş tələbləri üzündən danışıqlardan çəkilib.

Rodriqo “Real”da oyun vaxtının məhdud olması səbəbindən 2026 Dünya Çempionatına getmək şansını itirə bilər. Yanvarda 25 yaşını qeyd edəcək braziliyalı futbolçu üçün bu transfer karyerasında önəmli addım olacaq.

Seçilən
103
90deqiqe.az

1Mənbələr