AZ

Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama

“Beşiktaş”ın futbolçusu Rafa Silvanın gələcəyi yaxın günlərdə müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, klubun prezidenti Serdal Adalı və baş məşqçi Sergen Yalçının iştirakı ilə şənbə günü oyunçu ilə görüş keçiriləcək.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həmin vaxta qədər futbolçuya ailəsi və meneceri ilə bu məsələ barədə məsləhətləşmək üçün icazə verilib.

Qeyd edək ki, son günlər Türkiyə mətbuatında Rafa Silvanın psixoloji problemlərinin olduğu və futbolçuluq karyerasını bitirəcəyi bildirilir.

"Leypziq"in futbolçusu "Fənər"in radarında

Azərbaycan – İslandiya görüşü bu kanalda

Fransa və Braziliya milliləri yoldaşlıq oyununda üz-üzə gələcək

Türkiyə Superkuboku: Yarımfinal və finalın tarixləri müəyyənləşib

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub

Seçilən
18
1
apasport.az

2Mənbələr