AZ

2 nəhəng klub Qnabrini hədəflədi

“Bavariya”nın cinah oyunçusu Serj Qnabri karyerasını başqa bir nəhəng klubda davam etdirə bilər.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, alman oyunçunun xidmətində Avropanın iki böyük klubu – “Liverpul” və “Yuventus” maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

 30 yaşlı futbolçu mövsümün sonunda “Bavariya” ilə müqaviləsinin başa çatması səbəbindən növbəti yay sərbəst agent statusunda digər klublarla müqavilə imzalaya biləcək. Eyni zamanda qeyd olunur ki, Qnabrinin transferində “Yuventus”un “Liverpul”la rəqabət aparması çətin olacaq, çünki Mersisayd təmsilçisi daha yüksək maliyyə imkanlarına malikdir.

2025/2026 mövsümündə Serj Gnabri 15 oyunda iştirak edərək 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
11
90deqiqe.az

1Mənbələr