“Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissa Kamerun millisinin düşərgəsində ağır zədə alıb.
Msport.az xəbər verir ki, o, bu gün Pineta-Qrande şəhərində tibbi müayinədən keçib. Məlum olub ki, futbolçuda sol budun biseps əzələsinin yırtılması baş verib.
Oktyabrda A seriyasının ən yaxşı futbolçusu seçilmiş Anqissa bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, bi müddət əvvəl “Napoli”nin difər oyunçusu Kevin de Brüyne də zədə almışdı. Belçikalı yarımmüdafiəçi 2026-cı ilə qədər komandasına kömək edə bilməyəcək.