AZ

“Bayern” əfsanəsinə yeni müqavilə təklif edir

“Bayern” qapıçısı Manuel Noyerlə müqavilnin müddətini uzadacaq. Msport.az xəbər verir ki, bu barədə məşhur “Bild” nəşri məlumat yayıb.

Yeni müqaviləyə əsasən qolkiper 2027-ci ilin yayına qədər Münhen klubunda çıxış edə biləcək. Həmin vaxt Noyerin 41 yaşı olacaq.

Mənbənin sözlərinə görə, yeni müqavilə ilə bağlı danışıqlar dekabrda başlayacaq. Klub rəsmiləri təcrübəli  futbolçunun oyunundan razıdırlar.

2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu olmuş qolkiper bu mövsüm “Bayern”də 13 oyunda meydana çıxıb.

 

Seçilən
19
msport.az

1Mənbələr