AZ

Bakının mərkəzində səfirlik maşını qaydaları pozdu – FOTO

Tanınmış aparıcı İlkin Həsəninin sosial şəbəkələrdə paylaşdığı bir foto ciddi müzakirələrə səbəb olub.

Minval.info yazır ki, Həsəni səfirlik avtomobilinin velosiped yolunda park edildiyi anı lentə alıb.

Fotoşəkil paylaşıldıqdan sonra sosial media istifadəçiləri arasında geniş narazılıq yaranıb. İstifadəçilər səfirlik avtomobilinin yol hərəkəti qaydalarını pozaraq velosiped zolağında dayanmasına etiraz edib, bu cür halların qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Bu foto, paytaxt yollarında avtomobillərin parklanma problemləri və yol hərəkəti qaydalarına riayət edilməməsi məsələsini bir daha gündəmə gətirib. Qanun hər kəs üçün bərabər olmazsa heç kim qanunu saymaz. 

Qeyd edək ki, qaydaları pozan avtomobilin Böyük Britaniya səfirliyinə məxsus olduğu iddia edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə, inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Eyni zamanda avtobus dayanacağının zəbt edilməsinə görə cərimə məbləği 40 manatdır. Bu, avtobus (və ya trolleybus, tramvay) dayanacağında və ya (5.12,5.13) yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması hallarında tətbiq edilir.

Minval.info

Seçilən
220
minval.info

1Mənbələr