AZ

Azərbaycan millisinin sabiq üzvü futboldan uzaqlaşdırılıb

Azərbaycan yığmasının formasını geyinmiş futbolçu Mert Çelik futboldan kənarlaşdırılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi mərc oyunları ilə bağlı fəaliyyəti səbəbindən 45 gün müddətinə futbolla məşğul olmaqdan məhrum edilib.

Mert Çeliklə yanaşı, “Qalatasaray” klubundan Eren Elmalı və Metehan Baltacı da daxil olmaqla, 100-dən çox futbolçu eyni səbəbdən cəzalandırılıb.

Qeyd edək ki, Mert Çelik karyerası ərzində Azərbaycanda “Neftçi” və “Səbail” klublarının heyətində çıxış edib.

Seçilən
13
90deqiqe.az

1Mənbələr