AZ

Tanınmış məşqçinin yeni iş yeri bilindi

Səudiyyə Ərəbistanın "Əl-Sədd" klubu Roberto Mançini ilə müqavilə imzalayıb. Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Açıqlamaya görə, İtaliya millisinin sabiq baş məşqçisi ilə iki il yarım müddətində müqavilə imzalanıb.

Qeyd edək ki, “Mançester Siti", "İnter", "Qalatasaray" kimi klubları çalışdıran Roberto Mançini bundan əvvəl Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edib. 2020-ci ildə Mançini İtaliya millisi ilə Avropa çempionatının qalibi olub.

Seçilən
25
1
metbuat.az

2Mənbələr