AZ

Generalın direktor qudası məhkəməyə verildi – Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib – İDDİA

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fizuli Talıbovu məhkəməyə veriblər. 

NOCOMMENT.az xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, Fizuli Talıbov təhsil mərkəzində dərs zamanı tələblərdən birini təhqir edib və qarşı tərəf ondan şikayət edib.

Belə ki, Talıov Fizuli Kazım oğlu barəsində Cinayət Məcəlləsinin 148 və 147.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayət məhkəmə icraatına qəbul olunub.

Eyni zamanda Fizuli Talıbov barəsində müxtəlif iddialar da mövcuddur. F.Talıbovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-leytenant Arzu Rəhimovla quda olduğu deyilir.

İddialardan biri isə Fizuli Talıbov Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışan 16 nəfəri əsassız işdən azad etməsi ilə bağlıdır. Ümumilikdə isə Təhsil Mərkəzi ilə bağlı qalmqallı iddialar səsləndirilir.

Qeyd edək ki, Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2018-ci ilin noyabrında sabiq Baş nazir Novruz Məmmədovun qərarı ilə təsdiqlənib. Qərara əsasən Aviasiya Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və Abşeron Binə Peşə Liseyi də bu Mərkəzə birləşdirilib. 2024-cü ildə “Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” dövlət qeydiyyatına alıb. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 675, nizamnamə kapitalı 2 616 672,75 manat, qanuni təmsilçisi isə Fizuli Kazım oğlu Talıbovdur.

Seçilən
16
6
nocomment.az

7Mənbələr