İtaliya nəhəngi “Milan” qış transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün ciddi addımlar atır.
Fanat.Az xəbər verir ki, klub Mauro İkardini heyətinə qatmaq üçün hərəkətə keçib.
“Tuttosport”un məlumatına görə, “Milan” rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub. Hazırda “Qalatasaray”ın formasını geyinən İkardi isə A seriyasına qayıtmaq fikrinə isti yanaşır.
İtaliya mətbuatı bildirir ki, “Milan” bu keçidi reallaşdırmaq üçün həm futbolçunun maaş məsələsini, həm də “Qalatasaray”ın maliyyə tələblərini nəzərdən keçirir. Klub İkardinin təcrübəsini və liderlik keyfiyyətlərini “rossoneri”nin gənc hücum xəttinə əlavə üstünlük kimi görür.
Argentinalı forvard bu mövsüm “Qalatasaray”ın heyətində bütün turnirlərdə 15 matçda 6 qol vurub.
Kamil Xudiyev