AZ

Roberto Mançini “Əl-Sədd”in baş məşqçisi oldu

İtaliyalı məşqçi Roberto Mançini Qətərin “Əl-Sədd” klubunun yeni baş məşqçisi təyin olunub.

Bu barədə "Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir.

“Roberto Mançini “Əl-Sədd”in məşqçisi kimi 2,5 mövsümlük müqavilə imzalayıb”, - klubun açıqlamasında deyilir.

“Əl-Sədd” doqquz oyundan 14 xalla Qətər liqasında altıncı yerdədir. “Əl-Qarafa” isə 22 xalla birinci yerdədir.

60 yaşlı Roberto Mançini bundan əvvəl Səudiyyə Ərəbistanı milli komandasını çalışdırıb. O, daha əvvəl İtaliya milli komandasına, “İnter Milan”, “Zenit Sankt-Peterburq”, “Qalatasaray”, “Mançester Siti” və digər klublara baş məşqçilik edib.

Seçilən
38
unikal.az

1Mənbələr