AZ

Qaxariya ona qarşı ittihamları uydurma adlandırıb

Gürcüstanın keçmiş Baş naziri Giorgi Qaxariya ona qarşı açılmış cinayət işinə münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, o, “X” hesabında irəli sürülmüş ittihamların uydurma olduğunu yazıb.

Qaxariya “Gürcü Arzusu”nu siyasi təqibdə ittiham edib.

“Bizim siyasi partiyamız və şəxsən mənim üçün bu, Gürcüstanın Avropa gələcəyinin qorunub saxlanılması uğrunda mübarizədə yeni mərhələdir. Bu mübarizə bütün mümkün platformalardan istifadəni tələb edir”, - sabiq Baş nazir qeyd edib.

Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu ötən gün Qaxariya barəsində cinayət işi açıb. İş 2019-cu ilin 20-21 iyun hadisələri və işğal xətti yaxınlığında yerləşən Çorçana kəndində polis postunun yaradılması ilə əlaqəlidir. İttihamlara əsasən keçmiş hökumət başçısı 13 ilədək həbs müddəti ilə üzləşə bilər. Tbilisi Şəhər Məhkəməsi bu gün “Çorçana işi” üzrə Qaxariya barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçib.

 

 

Seçilən
11
2
xezerxeber.az

3Mənbələr