AZ

Ermənistanı “Qarabağ tələsi”nə bu iki agent salmışdı - Nikol Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə layihəsi ilə bağlı çıxışında parlament müxalifəti ilə aparılan müzakirələrə toxunub. Avtosfer.az “Teleqraf”a istinadən xəbər verir ki, o, çıxışında dolayı yolla Rusiyanın keçmiş Qarabağ münaqişəsindən istifadə edərək Ermənistanı tələyə saldığını söyləyib.

Hökumət başçısı Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın bu baxımdan Rusiyanın təsir agentləri rollarını ifa etdiklərinə də eyham vurub.

“Ermənistan vətəndaşları əsəbiləşir və bizdən şikayət edirlər ki, hələ də Robert Köçəryan və Serj Sərkisyanla, onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verirsiniz. İnsanlar deyirlər ki, bəzən elə təsəvvür yaranır ki, sizin üçün çox rahat yer olduğu üçün bu söhbətlərə girirsiniz, amma real problemləri, müzakirə olunmalı məsələləri, qərarlar verilməli olan məsələləri kənara qoyursunuz”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, real problem parlamentli idarəetmənin xüsusiyyətlərindən qaynaqlanır, əsas söhbətin tərəfləri hökumət və müxalifətdir:

“Bu məsələ həll edilməlidir. Mənim təəssüratım budur ki, bu boşluq aradan qaldırılmalıdır və bunu həll etməyin yolu yaxın zamanda keçiriləcək parlament seçkilərində bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentdə olmamasıdır. Bu, həll yoludur. Onlar olduğu müddətcə bu söhbət davam edəcək. Hesab edirəm ki, vaxtı çatıb, bu məsələ həll olunmalıdır”.

O əlavə edib ki, uzun müddət Ermənistan başqa bir dövlətin (Rusiya) təsiri altında olub:

“2018-ci ilədək Ermənistan həmin dövlətin təsirində idi və bu şəxslər həmin dövlətin agentləri idi. İndi Ermənistan müstəqil dövlətdir, yalnız müstəqil deyil, həm də suveren iradə mərkəzinə malikdir və qərarlar qəbul edə bilir. Biz nəhayət etiraf etməliyik ki, Ermənistan necə bu təsir altında qalıb: bir alətlə - Qarabağ məsələsi ilə. Başqa səbəb yoxdur”.

Nikol Paşinyan vurğulayıb ki, Ermənistan artıq bu tələdən çıxıb.

Seçilən
12
2
avtosfer.az

3Mənbələr