"Fənərbağça" klubunun iki futbolçusu - Mert Hakan Yandaş və Ceyden Ostervolde barədə həbs qərarı verilib.

Offsideplus.az xəbər verir ki, prokuror müttəhimlərin 3 il, 4 ay, 15 gün həbsini istəyib.

Bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Qeyd edək ki, bu futbolçuların təqsirləndirilməyinə səbəb 2023/24 mövsümündə keçirilən "Qalatasaray" - "Fənərbağça" oyunundan sonra (0:1) çıxan hadisələrdə iştiraklarıdır.