AZ

Erməni nazirlər Azərbaycanla sülh şəraitindən qürur duymağa başlayıblar...


Faiq Balabəyli: “Ovannisyan çıxışı ilə soydaşlarınaobyektiv olmalarını, aparılan hər bir düşmənçiliyin sonda özlərinə, dövlətlərinin iqtisadiyyatına zərbə vuracağını deməyə çalışır”

"Bu gün məmnuniyyətlə deyə bilərəm ki, ilk dəfə olaraq büdcəni dinc mühitdə müzakirə edirik". Bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə bildirib.

O deyib ki, bundan sonra ölkənin gələcəyi onlardan — onların yaradıcılığından, məhsuldarlığından, qərar qəbul etmə qabiliyyətindən və dəyişikliklərə uyğunlaşma sürətindən asılıdır: “Buna görə də gələcək bu gündən başlayır və sabahın bəhrəsini təmin edəcək bu gün səpilən toxumlardır. Bu gün verilən qərarlar gələcək dövlətimizi və cəmiyyətimizi formalaşdıracaq. Uşaqlarımızın gələcəyi heç bir şəkildə bizim və ya valideynlərimizin keçmişinə bənzəməyəcək, təkcə dünya dəyişdiyi və bir daha heç vaxt əvvəlki kimi olmayacağı üçün deyil, həm də bugünkü qərarların məntiqi əvvəlki qərarların məntiqindən kökündən fərqli olduğu üçün".

Maraqlıdır, Ermənistanın maliyyə naziri bu ciddi bəyanatla erməni cəmiyyətinə hansı mesajları verdi?

“…bu vaxta qədər etdikləri yanlışlıqlara son qoyulmasının zəruriliyini deyir”

Müstəqil.az-ın redaktoru, VHP-nın siysi Şurtasının üzvü Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın maliyyə naziri Vahe Ovannisyan "gələcək bu gündən başlayır və sabahın bəhrəsini təmin edəcək bu gün səpilən toxumlardır" - deməklə fikrində yanılmır: “O, bu çıxışında soydaşlarına nəhayət ki, obyektiv olmalarını, aparılan hər bir düşmənçiliyin sonda özlərinə, dövlətlərinin iqtisadiyyatına vurulacağı ağır zərbənin olmasını gündəmə gətirir və düşünülmüş halda verilənqərarların ölkələrinin xeyrinə olacağı əminliyini çatdırır. Onun “uşaqlarımızın gələcəyi heç bir şəkildə bizim və ya valideynlərimizin keçmişinə bənzəməyəcək” deməsi də bu əminlikdən irəli gəlir.

Hər kəsə aydındır ki, Ermənistan adlandırılan bu ölkənin iqtisadi resursları çox aşağıdır, təbii sərvətləri düşmənçilik apardıqları Azərbaycanla müqayisəolunmaz dərəcədə zəifdir. Bu baxımdan onların gələcək üçün bu gün verdikləri qərarlar tam fərqli olacaq. Ermənistanın iqtisadi cəhətdən inkişaf etməsində qonşularla sülh şəraitində yaşamağının da müstəsna rolu olacaq. Bu baxımdan Vahe Ovannisyan Ermənistan cəmiyyətinə ölkəsinin inkişafının bu qərarların verilməsi və riayət olunması mesajını verməklə bu vaxta qədər etdikləri yanlışlıqlara son qoyulmasının zəruriliyini vurğulayır”.

Günel CƏLİLOVA

Seçilən
9
baki-xeber.com

1Mənbələr