AZ

Sülh odur ki, Azərbaycandan keçən qatar bizə buğda gətirib Paşinyan

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Sülh odur ki, Azərbaycan ərazisindən Ermənistana qatar daxil olub, buğda gətirib".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Azərbaycandan keçərək Ermənistana gedən buğdanı yeməmıklı bağlı çıxışlar edən müxalifətə müraciətində bildirib ki, bu buğdanın bir hissəsini toyuqlara vermək olar: "Bizim uşaqlar o toyuğun yumurtasını yeməyəcəklər? Bizim uşaqlar o toyuğu yeməyəcəklər? Kəpəyi donuzlara yedirəcəklər. Rəhbəriniz o donuz ətini yeməyəcək? Yoxsa özü donuz əti yemir?"

Baş nazir əlavə edib ki, sülh həm də Ermənistan sərhədində 1 il 8 ay ərzində atışma nəticəsində heç bir əsgərin ölməməsi, 3 aydır ki, sərhəd yaşayış məntəqələrində atəş səslərinin eşidilməməsi deməkdir.

Ağarza Elçinoğlu 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
2
unikal.az

4Mənbələr