AZ

Bakıda çoban müdirinin qoyunlarını oğurladı

Bakıda işlədiyi fermadan qoyun oğurlayan çobana hökm oxunub. 

1986-cı il təvəlüdlü Aqşin Kazımov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.

Məlum olub ki, Aqşin çoban işlədiyi Sahilə məxsus Məhəmmədi qəsəbəsində yerləşən fermadan oğurluq edib. Hadisədən 5 ay əvvəl Sahil onu işdən çıxarıb. Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsində yerləşən Dəmir yolu vağzalından qatara minərək Məhəmmədi stansiyasına gedib. İçki içərək gecə saat 03.00 radələrində 3 baş qoyun oğurlayaraq taksi ilə Masazıra aparıb və elə orada ət kəsimi mağazasına birini 100 manata satıb. 

Aqşin 50 manatı taksi sürücüsünə verdikdən sonra, qalan 250 manatı orada yerləşən adını bilmədiyi kafedə yeyib-içərək xərcləyib. 

Zərərçəkmiş fermer izahatında deyib ki, Aqşin fermasında çoban işlədiyi 5 ay ərzində 20 baş qoyun-quzu oğurlanıb və bununla bağlı polisə məlumat verib. Nəticədə ona ümumilikdə 6000 manat maddi ziyan dəyib. Lakin heyvanları kimin oğurladığını bilmədiyi üçün yalnız 3 qoyunun aparılması videodan müəyyən etdiyi üçün həmin hissə ilə razılaşıb. O, təqsirləndirilən şəxsdən şikayətçi olmayıb və dəymiş ziyanın ödənilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Aqşinə saxlanıldığı 2 gün müddət çıxılmaqla 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkəcək müddətdə elektron nəzarət vasitəsində gəzəcək.

 

Seçilən
7
2
7news.az

3Mənbələr