AZ

Azərbaycan millisinin sabiq üzvü mərc oyunlarına görə futboldan kənarlaşdırıldı - RƏSMİ

Azərbaycan millisinin sabiq müdafiəçisi Mert Çelik futboldan kənarlaşdırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Onun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Bundan əlavə, "Qalatasaray" klubundan Eren Elmalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, Mert Çelik Azərbaycanda "Neftçi" və "Səbail"in formasını geyinib.

Seçilən
35
4
fanat.az

5Mənbələr