AZ

Baş nazir: İlin sonuna qədər Ermənistanda Qarabağ məsələsi bağlanılmalıdır

BAKI, 13 noyabr. TELEQRAF

“İlin sonuna qədər Ermənistanda Qarabağ məsələsi bağlanılmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İlin sonuna qədər bu mövzunu bağlamaq yaxşı olardı, həmçinin danışıqlar paketlərini də açıqlayacağıq”, - o qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr