AZ

Gürcüstanın sabiq Baş nazirinin həbsinə dair qərar verilib

Tbilisi, 13 noyabr, AZƏRTAC

Gürcüstanın sabiq Baş naziri, “Qaxariya naminə Gürcüstan” Partiyasının lideri Giorgi Qaxariya barəsində qiyabi qaydada həbs qəti imkan tədbiri seçilib.

AZƏRTAC xəbər verir ki, o, “Çorçana işi”ndə təqsirli bilinib.

Qeyd edək ki, G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə Baş naziri olub. O, bu ilin iyununda Gürcüstanı tərk edib və hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
52
4
azertag.az

5Mənbələr