AZ

Elman Nəsirovun oğlu Dünya çempionatında 4-cü oldu - FOTO

Milli Məclisin deputatı Elman Nəsirovun oğlu Həsən Nəsirzadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Jiu Jitsu idman növü üzrə Dünya çempionatında (World Jiu Jitsu Chempionship-2025) 50 kq çəki dərəcəsində dünya 4-cüsü olub.

 

Bu barədə Pravda.az-a danışan Elman Nəsirov bildirib ki, H.Nəsirzadə Qazaxıstan idmançısını və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən daha 2 rəqibini məğlub edərək bu səviyyəyə yüksəlib.

 

Qeyd edək ki, Həsən Nəsirzadə Birləşmiş Ərəb Əmirliklərinin bir idmançısı üzərində rekord qıraraq, qısa vaxt - 7 saniyə ərzində qalib gəlib.

Tarix: 13 Noyabr 2025, 17:05   
Seçilən
98
11
pravda.az

10Mənbələr