AZ

Ukrayna Rusiya obyektlərinə “Flamingo” raketləri ilə zərbə endirib

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri 13 noyabr gecəsi Rusiya ərazisində onlarla obyektə genişmiqyaslı zərbələr endirib.

Minval.info xəbər verir ki, Baş Qərargahın məlumatına görə, müxtəlif tipli vuruş dronları və raketlərdən, o cümlədən Ukraynada istehsal olunan “Flamingo”, “Bars” və “Lyutıy” raketlərindən istifadə olunub.

Məlumata görə, Krımda “Dəniz Neft Terminalı” neft anbarı, vertolyot dayanacağı, “Kirovskoe” aerodromundakı pilotsuz uçuş aparatlarının mövqeləri və Yevpatoriya ərazisində hava hücumundan müdafiə radiolokasiya stansiyası zərbə alıb.

Bundan əlavə, Berdyansk yaxınlığında neft bazası və Zaporoje vilayətindəki Rusiya qüvvələrinin komanda məntəqələri vurulub. Baş Qərargah vurğulayıb ki, zərbələr Rusiyanın ərazisindəki hədəflərə də dəymişdir.

Minval.info

Seçilən
286
minval.info

1Mənbələr