AZ

“İlham Əliyev yeni icra başçılarına çox mühüm tapşırıqlar verdi” - DEPUTAT

“İlham
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdə onların qarşısına vacib məsələləri qoydu və çox mühüm tapşırıqlar verdi”. Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“İlk növbədə bu tapşırıqlar onunla bağlı idi ki, gedin, xalqın içində olun, onların problemlərini həll edin, bu xalqa və dövlətə ləyaqətlə xidmət edin. O söylədi ki, kimlər fərqli yol seçir, öz şəxsi mənafeyini hər şeydən üstün tutur, cibinin gözü ilə məsələlərə baxır, rüşvət və korrupsiya yolunu seçir, onların aqibəti yaxşı olmur. Hansı aqibətlə üz-üzə qaldıqlarını siz yaxşı bilirsiniz. Və qeyd etdi ki, bəzən elə hallar qeydə alınıb ki, onlara mərkəzi hakimiyyətdən qeyri-qanuni tapşırıqlar gəlir və onları məcbur edirlər ki, həmin tapşırıqları yerinə yetirsinlər. Ancaq belə insanlar bu gün məhkəmə qarşısında cavab verirlər”. Deputat dövlət başçısının əkin sahələri ilə bağlı çıxışını da xatırladıb. “Cənab Prezident qeyd etdi ki, bir çox hallarda icra başçıları əkin sahələri ilə bağlı qeyri-qanuni yollar tuturlar. Onların atdığı addımlar dövlətin yox, şəxsi mənafeyi nəzərə alır. Bunlar qəbul edilməzdir. Bundan sonra kim belə işləyəcəksə, cəzasını alacaq. Cənab prezidentin yeni təyinatları içərisində 3 rayon – Qax, Balakən və Bakı şəhərinin Nəsimi rayonunda icra başçıları vəzifəsi vakant idi. Bu vəzifələrə təyinatlar da keçirildi. Eyni zamanda, Naxçıvanda prezidentin xüsusi nümayəndəsi geri çağırıldı, onun yerinə yenisi təyin edildi. Görünür ki, Naxçıvanda onun fəaliyyəti qənaətbəxş olmayıb və o tapışırıqları lazımi səviyyədə yerinə yetirməyib. Əsas məsələ odur ki, bundan sonra icra başçıları bir daha bilməlidirlər ki, yalnız qanun-qayda çərçivəsində və prezidentin tapışırıqları əsasında fəaliyyət göstərəcəklər. Heç bir yerdən, heç bir mərkəzi hakimiyyətdən onlara əlavə tapışırıqları gəlməyəcək. Əgər gələrsə, mütləq dövlətin başısına məlumat versinlər. Yəni bu qədər konkret şəkildə onların qarşısına vəzifələr qoydu. Ən əsas vəzifə isə bu xalqın qulluqçusu olmaqdır. Yeni təyin olunmuş icra başçıları da öz qısa və lokanik çıxışında bildirdilər ki, bu yüksək etimadı öz işləri ilə doğruldacaqlar”. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.

Seçilən
5
1news.az

1Mənbələr