Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı türk hərbçi Berkay Karacanın atası Nedim Karaca oğlundan son danışığını xatırlayıb.
Minval.info xəbər verir ki, ata oğlunun qəza baş verməzdən bir gün əvvəl ailə ilə əlaqə saxladığını bildirib: “Sonuncu dəfə təyyarə qəza etməzdən bir gün əvvəl danışmışdıq. Anasına zəng etmişdi. Bizə hədiyyə aldığını söyləmişdi”, – deyə Nedim Karaca bildirib.
Onun sözlərinə görə, oğlu atasına Azərbaycandan çay alıb, amma onu çatdırmaq qismət olmayıb: “Mənə hədiyyə aldığını demişdi. ‘Ata, sən çayı sevirsən, sənə Azərbaycandan çay almışam’ dedi. Bildirdi ki, bir qrup getdi, biz də gələcəyik. Amma gələ bilmədi… Oğlum şəhid oldu”.
Minval.info