AZ

Ukraynada korrupsiya dalğası - Daha bir iş adamı həbs edildi

Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi (HACC) Ukraynanın enerji sektoru ilə bağlı korrupsiya işi üzrə daha bir müttəhim, iş adamı Lyudmila Zorinanı həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə UNIAN yazır.

"Məhkəmə “Enerqoatom” şirkətinin mənimsəmə sxemində iştirakda şübhəli bilinən fərdi sahibkar Lyudmila Zorinanı 12 milyon qrivna girov müqabilində 60 gün müddətinə həbs edib", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Ukraynanın energetika sektorunda korrupsiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyatın keçirildiyini elan edib. Büronun əməliyyat bölməsinin rəhbəri Oleksandr Abakumovun sözlərinə görə, büdcə vəsaitlərinin mənimsənilməsində dörd nazir əli olub.

Gülayə Mecid 

Seçilən
37
50
unikal.az

10Mənbələr