AZ

Səricanovun oğluna da hökm oxundu

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun məhkəmə araşdırması başa çatıb.

News365.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə hökm oxunub.

Hökmə əsasən, Ə.Səricanov dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əbülfəz Səricanov DTX tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub. Cinayət işinin materiallarına əsasən, Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb. DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət planının qarşısı vaxtında alınıb. Toplanmış sübutlar məhkəməyə göndərilib.

Əbülfəzin atası Azər Səricanov isə Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilib.


Seçilən
21
2
news365.az

3Mənbələr