AZ

"Beşiktaş"ın ulduzu karyerasını başa vurur: Nə baş verir?

"Beşiktaş"ın və Portuqaliya millisinin hücumçusu Rafa Silva peşəkar karyerasını bitirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Halk" nəşri məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı portuqaliyalı futbolçu bu qərarını "Fənərbağça" ilə derbidən əvvəl klub prezidenti Serdal Adalı ilə görüş zamanı səsləndirib. Lakin klub rəhbəri onu meydana çıxmağa razı sala bilib.

"Baş məşqçiyə böyük hörmətim var, amma qərarımı vermişəm və bu dəyişməyəcək", - deyə Rafa Silva vurğulayıb.

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 5 qol vurub və 3 qol ötürməsi edib.

Seçilən
26
publika.az

1Mənbələr