AZ

Lənkəranda tanışını qətlə yetirən şəxsə hökm oxunub

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ruslan Məmizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ruslan Məmizadə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabr ayında Lənkəranda baş verib. Təqsirləndirilən Ruslan Məmizadə tanışı Elnur Cəfərovu bıçaqlayıb. Elnur Cəfərov xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Seçilən
33
5
aznews.az

6Mənbələr