AZ

İslandiyanı ud, ən azı 20 min manat sənin olsun!

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxacaq.

Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşacaq.

"Neftçi Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Yığmamız Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiyaya səfərdə 0:5 hesabı ilə uduzub.

Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

Bu gün seçmə mərhələdə ilk qələbəni qazanmaq ehtimalımız var. Belə halda, ən çox sevinən elə futbolçuların özü olacaq.

Çünki onları böyük miqdarda mükafat gözləyir. AFFA rəhbərliyi 3 xalıq müqabilində oyunçuların hər birinə minimum 20 min manat mükafat ödəyəcək.

Mümkündür ki, bu rəqəm daha 5000 manat artırılsın.

SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr