AZ

Məhkəmə Qəddafiyə bəraət verdi

Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi dini “Əməl” hərəkatının banisi Musa Sədrin yoxa çıxması ilə bağlı 10 illik həbsdən sonra azad edilib.

Teleqraf xəbər verir ki, “İsrailə qarşı müqavimətin simvolu” olan iranəsilli livanlı din adamı 47 il əvvəl Liviyada yoxa çıxıb.

Livan məhkəməsi Qəddafinin girov müqabilində azadlığa buraxılmasına qərar verib, ilkin olaraq bu məbləğ 11 milyon dollar olub, sonradan 896 min dollara endirilib.

“Asharq al-Awsat” yazıb ki, onun ölkədən çıxışına qoyulan qadağanın ləğvi barədə də göstəriş verilib və Qəddafinin oğlu girovu ödədikdən dərhal sonra Livanı tərk edə biləcək. Qeyd olunub ki, hakimin qərarı heç bir əsaslandırma tələb etmir, yekundur və heç kim ona etiraz edə və ya mane ola bilməz.

Qəzetin məlumatına görə, hökm Liviyanın mərhum liderinin oğlunun Beyrutda iki vəkilinin iştirakı ilə iki saatlıq sorğu-sualdan sonra çıxarılıb.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr