AZ

Türkiyə təyyarəsi aşağıdan vurulub Generaldan AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"C130" tipli təyyarə dünyanın 60-70 ölkəsində istifadə edilən hərbi təyyarədir. Uzun illərdir Türkiyə Silahlı Qüvvələrində istifadə edilir, ilk dəfədir ki, belə qəza olur. Təyyarə ötən əsrin 60-cı illərində ABŞ-də istehsal edilib”.Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş deputat Kürşat Atılgan deyib. O bildirib ki, qəzanın hansı səbəbdən baş verməsi qara qutunun araşdırılmasından sonra məlum olacaq:"Hazırda verəcəyimiz bütün rəylər təxmindən o yana keçə bilməyəcək. Araşdırılacaq, nəticələr bütün dünyaya açıqlanacaq.Təyyarənin quyruq tərəfində bir hissə var, o hissədə problem olduğu zaman təyyarə dönə-dönə yerə düşür. Bundan başqa ehtimallar da gözardı edilməməlidir təbii ki. O ehtimallar da araşdırılacaq. Bu təyyarəyə aşağıdan müdaxilə edilməsi ehtimalı yoxdur. Çünki hərbi təyyarələr uçuş etdiyi zaman həmin ölkələrin müdafiə nazirliklərinə məlumat verilir, bu uçuşlar icazələrlə həyata keçirilir”.  Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
213
3
demokrat.az

4Mənbələr