AZ

Sarkisyanın müsahibə verdiyi tanınmış aparıcılar SAXLANILDI VİDEO

ain.az, Milli.az saytına istinadən bildirir.

Ermənistanda  "İmnemnimi" podkastının aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanın evlərinə basqın edilib. 

Milli.Az xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, Cinayət Axtarış İdarəsində aparılan araşdırmalar çərçivəsində Narek Samsonyan və Vazgen Saqatelyanın evlərində axtarışlar aparılıb. 

Bloqerlər parlament spikeri Alen Simonyanı təhqir etmək ittihamı ilə saxlanılıblar.

Qeyd edək ki, saxlanılan şəxslər ötən həftə keçmiş prezident Serj Sarkisyanın müsahibə verdiyi "İmnemnimi" podkastının aparıcılarıdır.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
news.milli.az

3Mənbələr