Bakı.Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə KürdəmirRayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elşən Nazim oğluHəsənli bu gün kollektivə təqdim olunub.
Trend xəbərverir ki, yeni icra başçısını Azərbaycan Respublikası Prezidentininköməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri ZeynalNağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı iləkollektivə təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısınıntapşırıq və tövsiyələrini çatdırıb. E.Həsənli ona göstərilənetimada görə minnətdarlıq edib.