AZ

“ÇÖRƏK” İTİRƏN KEÇMİŞ ÇÖRƏKÇİ

Ramiz Mehdiyevin himayəsində olmuş keçmiş deputat və iş adamı Əsabil Qasımov indi “boz kardinal”ın kölgəsini qamçılayır, onunla düşmən olduğunu bildirir. Bu yaxında Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev keçmiş həmkarı, İmişlini parlamentdə təmsil etmiş Əsabil müəllimin sözlərindən xəbər tutub hiddətlənmişdi. Ramiz Ənvəroviçin kürəkəninin dediyinə görə Əsabil Qasımov onların qapısının ağzında günlərlə əsgər kimi dayanan, ayaqqabılarını cütləyən adam olub. “Bir qədər də dərinə getsə, vaxtı ilə yaltaqcasına bizim məclisdə oturub, şənimizə işlətdiyi pafos dolu ifadələr olan videoları sosial şəbəkələrdə yayıb, onun kim və nə qədər rəzil biri olduğunu cəmiyyətə çatdıraram”, deyə keçmiş millət vəkili İlham Əliyev bildirmişdi. Ramiz Mehdiyevin patronajlığı ilə “un kralı” kimi tanınan Əsabil Qasımovun geniş biznes fəaliyyəti Azərbaycanın hüdudlarından kənara- Rusiya, Qazaxıstan, Gürcüstana hətta Kiprə, Birləşmiş Ərəb Əmirliklərinə də gedib çıxırmış. 1995-ci ildən “Karat Holdinq” adlı şirkətlə un və taxıl ticarəti bazarına daxil olmuş Əsabil müəllim “Karat”, “Karmen”, “Aveta”, “Gəncə Dəyirman”, “Karat-Taxıl” və digər MMC-ləri əlində saxlayıb.

Daxili bazarda möhkəmlənən Əsabil Qasımov sonra xaricdə də iş görməyə başlayıb. Məsələn, Rusiyanın Jeleznovodsk şəhərində dəyəri 2 milyard rubldan çox olan 500 çarpayılıq “İstoçnik” sanatoriyasını tikdirib. Daha sonra “İstoçnik”lərin sayını artırıb. Bu şirkətin nizamnamə kapitalının 50%-i Əsabil Qasımovun oğlu Taleh Qasımova, 30%-i Azərbaycanın “Karat Holdinq” şirkətinə, 20%-i isə “Sanatoriya İstoçnik” şirkətinə məxsusdur. Deyilənə görə bu sanatoriyalardan birinin açılışına erməni iş adamlarını da dəvət edibmiş.

Qazaxıstanın Kostanay vilayətində yerləşən “Carkulskiy Elevator” adlı taxıl kombinatının səhmdarları arasında da Əsabil Qasımovun şirkətləri var. 2016-2020-ci illərdə Qasımovun adı keçən bir neçə şirkət Rusiya, Kipr və BƏƏ istiqamətində iri həcmli transferlər edib. “Karat Holdinq”in Rusiya və Qazaxıstanda filialları da açılıb.

Maraqlıdır ki, Əsabil Qasımov kommersiya işlərini deputat olduğu dövrdə genişləndirib. Halbuki deputatın kommersiya, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qanun qadağan edir. Görəsən bu qadağaları aşmaqda ona kim kömək edib? Bəlkə düşmən adlandırdığı Ramiz Mehdiyev? Hadisələrin gedişatı bu ehtimalı gücləndirir. Çünki Ramiz Mehdiyevin mövqeyinin zəifləməsi ilə Əsabil Qasımovun şirkətlərinin fəaliyyəti də zəifləməyə başlamışdı. Amma Rusiyaya sərmayə yatırması davam edib. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurmasına səfərbər olduğumuz bir vaxtda Moskvada mehmanxana biznesinə girişən, təkcə sanatoriya tikintilərinə 100 milyon dollardan çox maliyyə sərf edən Əsabil Qasımovun niyyəti nədir?

Deməli bu adam Bakının Nəsimi, Nərimanov, Yasamal rayonlarında qardaşı Vüqar, qardaşı oğlanları Şahin, Elvin (“Bizim Ev” MTK), Nərimanovda başqa bir qardaşı oğlunun vasitəsilə inşaat sektoruna girişib. Özü əmək fəaliyyətinə çörəkbişirən kimi başlasa da indi sadə, kasıb insanlara yuxarıdan aşağı baxır, sökdürdüyü evlərin sakinlərinə “siçovullu evlərdə siçovul kimi yaşayanlar” deyərək onlara zülm verdirir, qazandığı pulları isə ölkəyə yatırmayıb Rusiyaya yönəldir? Görəsən oradan əldə etdiyi qazanc hara gedir? 2017-ci ildən başlayaraq Rusiyada sahibkarlıq fəaliyyətini gücləndirməsiundə məqsəd nə olub?vətəninfo.az

Seçilən
8
1
moderator.az

2Mənbələr