Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından biri bağlanıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhərdən etibarən stansiyanın çıxışından (4) sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.
İlkin məlumata görə, çıxış təmirə görə bağlanıb.
Əlavə məlumat veriləcək.