AZ

Tanınmış professor VƏFAT ETDİ

Ajans.az xəbər verir ki, Kamil Mənsimov 1950-ci il dekabrın 10-da Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 1973-cü ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. 1979-cu ildə "Sonradan təsirə malik sistemlərdə zəruri şərtlər nəzəriyyəsinə dair" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə ona “Riyazi kibernetika” ixtisası üzrə baş elmi işçi adı verilib. 1994-cü ildə dosent elmi adını alıb. 1994-cü ildə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin tədqiqi" adlı doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Allah rəhmət eləsin!

Seçilən
34
6
Ajans.az

2Mənbələr