AZ

Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz dağları arasında təxəyyül dünyası" (The Imaginary World between the Andes and the Caucasus) adlı sərgisinin açılışı olacaq. 

Sərgidəki əsərlərin əsas qəhrəmanları isə And yaylasının rəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar insani duyğularla təsvir edilir. 

Ziyarətçilər rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı əsərləri də görə biləcəklər. İlk dəfə təqdim ediləcək həmin əsərlərdə müəllif qəhrəmanlarını Bakının və Şamaxının tarixi abidələri, görməli məkanlarında təsvir edir:  Şamaxıdakı Alpaka fermasında,  Bakının Şeytan çarxında, Bakı bulvarını seyr edərkən, Heydər Əliyev Mərkəzinin qarşısında və digər məkanlarda. 

Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı olan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında yaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətin mədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Onun əsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və emosional məna daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
7
olaylar.az

8Mənbələr