AZ

Ağstafada ağır qəza: beş nəfər xəsarət aldı

Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

Publika.az Report-a istinadən xəbər verir ki, Ağstafa rayonu ərazisində idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Seçilən
17
6
publika.az

7Mənbələr