AZ

Yanğında ölən Vətən müharibəsi iştirakçısı imiş… – FOTO

Noyabrın 11-də paytaxtın Suraxanı rayonunda baş vermiş yanğında ölən şəxsin kimliyi müəyyənləşib.

Ulusal.az qafqazinfo.az-a istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzildə baş verən yanğında ölən Murad Məzahir oğlu Ağalarov Vətən müharibəsində iştirak edibmiş.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, hadisə vaxtı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Seçilən
28
11
moderator.az

10Mənbələr