AZ

Bu gün Azərbaycan millisi İslandiyanı qəbul edəcək

Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Missiya.Az xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi Azərbaycan yığması doğma meydanında İslandiya ilə qarşı-qarşıya gələcək.

Qeyd edək ki, "Neftçi Arena"da baş tutacaq matç saat 21:00-da başlayacaq.

Hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
57
missiya.az

1Mənbələr