AZ

Millimizlə oyunda het-trik edən futbolçu əfsanənin oğlu imiş

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ötən gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Publika.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

Bu görüşdə rəqib komandanın heyətində Lui Tomas Buffon het-trik edib.O, İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffonun oğludur.

17 yaşlı hücumçu hazırda A Seriyasında çıxış edən “Piza” klubunun futbolçusudur. O, milli komanda baxımından çexiyalı olan anasının ölkəsini seçib. Luinin anası aparıcı və model Alena Şeredovadır.

Qapıçı atasından fərqli olaraq hücumda çıxış edən Lui Buffon bu qollarla Çexiyanın U-19 yığmasında ilk dəfə fərqlənib. Üstəlik, o, bir məhsuldar ötürmə də verib.

Seçilən
23
publika.az

1Mənbələr