Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
F.Nəcəfli ilə bağlı iddialar isə ara vermir. Belə iddialardan birini Naxçıvandan olan jurnalist Heydər Oğuz səsləndirib.
H.Oğuz sosial şəbəkədə paylaşımında iki il əvvəl Naxçıvanda keçirilən bir dövlət tədbiri ilə bağlı xatırlatma edib. İddialara əsaslanan H.Oğuz yazır ki, Türkiyədən dəvət etdiyi bir neçə qonaq üçün Fuad Nəcəfli administrasiyası 30 min manatlıq tualet kağızı sildirib:
“Düşünə bilirsinizmi? Babat bir paket tualet kağızının qiyməti 50 qəpikdir. Bu hesabla, 30 min manata 60 min tualet kağızı almaq olar. Əgər həmin tədbirdə doğrudan da 60 min paket tualet kağızı işlənibsə, belə çıxır ki, qonaqlar ümumiyyətlə ayaqyolundan çıxmayıblar. Bəs onlar nə zaman konfransda iştirak ediblər, yeyib qarınlarını doldurublar? Deyək ki, Fuad Nəcəflinin qonaqları həqiqətən də qarınqulu imişlər və onlar 60 min paketi öz zəruri tələbatlarını qarşılamaq üçün istifadə ediblər. Bəs bu qədər tullantını hansı kanalizasiyadan axıdıblar?”
Jurnalist F.Nəcəflinin 3 il təhsil aldığı universitetdə 1 dərsi belə keçə bilmədiyi və bu səbəbdən ali məktəbdən uzaqlaşdırıldığının da iddia olunduğunu yazır. Bildirilir ki, Misir Mərdanov olmasaydı, yəqin ki, bu adam diplomsuz qalar və Naxçıvana rəhbərlik edə bilməzdi:
“Belə “dərrakəli” adam 60 min paket tualet kağızının nə qədər “məhlul”u təmizlədiyini hardan bilsin?
Məhz bu riyazi bilgilərinin sayəsində yeyintisini gizlədə bilmir, istər-istəməz özünü ələ verir və karyerasının sonunu hazırlayırdı. Təsadüfi deyil ki, demək olar hər ay Azərbaycan Hesablamalar Palatası Fuad Nəcəflinin bir maxinasiyanı tutub ifşa edirdi. O isə düzəlmirdi ki, düzəlmirdi”.
Murad Məmmədli