Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız evdə İslandiya ilə qarşılaşır.
"Neftçi Arena"da baş tutacaq görüş saat 21.00-də başlayacaq. Oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, D qrupunda mübarizə aparan millimiz seçmə mərhələnin startında məhz İslandiya ilə qarşılaşıb. Portuqaliyalı Fernandu Santuş məhz 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib və onun yerinə Ayxan Abbasov təyin olunub. Başqa sözlə, yığma islandlarla matça revanş hissi ilə çıxacaq.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin cəmi 1 xal var və qrup sonuncusudur. İslandiya 4 xalla 3-cü pillədə qərarlaşıb. Qrupa 10 xalla Fransa liderlik edir.
DÇ-2026
Seçmə mərhələ, D qrupu
13 noyabr
21.00. Azərbaycan - İslandiya
Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (hamısı Monteneqro).
Hakim-inspektor: Paolo Valeri (İtaliya).
UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus).
Bakı. "Neftçi Arena".