AZ

Almaniya Ukraynaya maliyyə yardımınıARTIRACAQ

Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib.

“Büdcə düzəlişlərinə dair iclasda biz Ukraynanın möhkəmləndirilməsi üçün əlavə olaraq daha 3 milyard avro ayıracağıq”, – o deyib.

Klinqbeyl həmçinin xatırladıb ki, Almaniya Ukraynanın ən böyük Avropa donorudur.

Qeyd olunur ki, hazırda Bundestaqda 2026-cı il dövlət büdcəsi layihəsi üzrə müzakirələr yekunlaşmaq üzrədir.

Seçilən
21
2
redaktor.az

3Mənbələr