AZ

Bu vərdiş beyni 8 il gəncləşdirir – alimlərdən maraqlı açıqlama

Florida Universitetinin alimləri müəyyən ediblər ki, sağlam və balanslı həyat tərzi yalnız bədəni deyil, beyni də gəncləşdirə bilər.

Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri "Brain Communications" jurnalında dərc olunub.
İki il ərzində aparılan tədqiqatda 128 orta yaşlı və yaşlı kişi iştirak edib. Mütəxəssislər onların beyin fəaliyyətini MRT müayinəsi və süni intellekt vasitəsilə analiz edərək xronoloji yaşla müqayisə ediblər.

Nəticələr göstərib ki, bəzi gündəlik vərdişlər beyinin "bioloji yaşını" 8 ilə qədər azalda bilər.
Alimlər bu təsiri yaradan əsas amilləri aşağıdakı kimi müəyyən ediblər:

Siqaretdən uzaq durmaq

Bədən formasına nəzarət (bel ətrafının qadınlarda 80 sm, kişilərdə 94 sm-dən artıq olmaması)

Müsbət düşüncə və optimizm

Stresin minimuma endirilməsi

Sosial əlaqələrin güclü olması, ailə və dost dəstəyi

Keyfiyyətli və kifayət qədər yuxu

Tədqiqatın rəhbəri, Florida Universitetinin dosenti Kimberli Sibill bildirib ki, bu vərdişlər insanın həm fiziki sağlamlığını, həm də beyin funksiyalarını uzunmüddətli qorumağa kömək edir:

"Sağlam həyat tərzi beyini cavan saxlayan təbii vasitədir. Bu, yaşlanmanı ləngidir və yaddaşı aktiv tutur", - deyə o vurğulayıb.

Kənan
Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr