AZ

G7 ölkələri Rusiya aktivlərindən istifadə planını açıqladı

BAKI, 13 noyabr. TELEQRAF

G7 ölkələri Ukraynaya maliyyə dəstəyi məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Yeddilik qrupu”na daxil olan ölkələrin Kanadanın Ontario şəhərində keçirilən görüşdən sonra yayılan birgə bəyanatda məlumat verilir.

Kanadanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə qeyd olunur ki, G7 ölkələri bir sıra maliyyə variantlarını nəzərdən keçirir, o cümlədən öz yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərindən koordinasiyalı şəkildə istifadə etməyi planlaşdırır.

Bəyanatda həmçinin vurğulanır ki, G7 ölkələri Moskva üzərində təzyiqi artırmaq niyyətindədir və Rusiyaya “xüsusi hərbi əməliyyatı maliyyələşdirməkdə” kömək etdiyi iddia olunan dövlətlərə qarşı mümkün tədbirləri araşdırır.

Seçilən
13
teleqraf.com

1Mənbələr