525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün Kirovoqrad vilayətində, İnqulsk uran mədənində qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Qəza zamanı mədəndə 4 işçi olub. Onlardan ikisi dağıntılar arasından sərbəst çıxa bilib. Digər 2 nəfərin xilas edilməsi üçün xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, qəza baş verən Dağ-Mədən Emalı Zavodu (VostGOK) Ukraynada uran filizi hasilatı və emalı ilə məşğul olan yeganə müəssisədir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.