Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Rusiya və ABŞ prezixentlərinin Alyaska sammitində əldə edilən razılaşmalar çərçivəsində Ukrayna böhranının müzakirəsini davam etdirməyə çalışırıq. Hesab ediirk ki, əgər bu yolla gedilsə, Ukrayna böhranını sülhlə həll etmək olacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov Moskvada jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ-la danışıqlarda fasilə yaranması barədə suala isə belə cavab verib: "Fasilə olub-olmadığını deyə bilmərəm, amma əhəmiyyətli irəliləyiş yoxdur. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Vaşinqton və Moskvadakı səfirliklər arasında danışıqlar gedir. Doğrudur, bu əlaqələr intensiv deyil. Tələblər dəyişməyib. Ən vacib məsələ Alyaska sammitində əldə edilən razılaşmalardır. İşimizin əsas mövzusu budur. Bu razılaşmalar üzərində işləyirik. Nə biz, nə də Amerika tərəfi onlardan imtina etməyib. Ukrayna böhranını müzakirə etməyə davam etməliyiksə, bunu Ankoricdə əldə edilən razılaşmalar əsasında edəcəyik. Bu yolla gedilsə, (Ukrayna böhranına) sülh yolu ilə həll yolu əldə edilə bilər."
Samir Musayev
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.