Mia.az saytına istinadən ain.az xəbər verir.
"Ukrayna müharibəni uduzarsa, Rusiyanın növbəti hədəfi, sözsüz ki, Polşa olacaq. Lakin bütün dünya bilsin ki, yenidən Rusiyanın müstəmləkəsi olmaqdansa, ot yeməyi üstün tutarıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Polşa Xarici işlər naziri Radoslav Sikorski Böyük Britaniyada yerləşən "Qalan siyasətdir" verilişinə müsahibəsində deyib.
Nazir bildirib ki, Rusiyanın Ukraynada qalib olmasına imkan vermək olmaz: "Yoxsa, bu, bütün Avropanı böyük təhlükəylə üzləşdirəcək. Dediyim kimi, Ukraynadan sonra ilk hədəf Polşa olacaq. Biz Rusiya ekspansionizmi təhlükəsi ilə bağlı ictimai narahatlığı da bilrik. O səbəbdən müdafiə xərclərinə böyük diqqət ayırmaqdayıq".
O, Çar Rusiyası və ondan sonrakı Sovet dövründə Polşanın Rusiya hakimiyyəti altındakı tarixi barədə suala isə belə cavab verib: "Bəli, bu, tarixi faktlardır. Lakin bir daha bu, olmayacaq. Bunun üçün əlbəttə, Avropa İttifaqının və üzv dövlətlərin kollektiv müdafiə sahəsində daha sıx əməkdaşlığa ehtiyac var. Biz hər böhranlı vəziyyətdə ABŞ-a arxayn ola, ondan kömək istəməməliyik. İttifaqın vahid müdafiə mexanizmi olmalıdır".
Samir Musayev
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.